ABŞ-ın sabiq prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Kennedi Mərkəzində nümayiş olunan məşhur "Les Miserables" ("Səfillər") müziklinin premyerasında iştirak ediblər.
Milli.Az "The New York Post"a istinadən xəbər verir ki, cütlük tədbirə qırmızı xalı üzərində qol-qola daxil olub. Məlumata görə, bəzi aktyorlar Trampın iştirakından narazı qalıb və onu fitə basıblar.
Bundan öncə isə bəzilərinin prezidentin iştirakı səbəbilə premyeranı boykot etməyi planlaşdırdığı bildirilmişdi. Lakin Tramp bu reaksiyalara biganə yanaşdığını bildirib:
"Mənim vecimə deyil. Mənim etdiyim tək şey ölkəni yaxşı idarə etməkdir", - deyə o qeyd edib.
Bu, Trampın fevral ayında özünü Kennedi Mərkəzinin rəhbəri təyin etdikdən sonra Vaşinqtona ilk səfəri olub. O zaman keçmiş prezident mərkəzin vəziyyətini "dəhşətli" adlandıraraq onu bərpa etməyi öz missiyasına çevirdiyini bildirmişdi.
Milli.Az