Ölkə

Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər

13 İyun 2025 14:51
Baxış: 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay mövsümünün gəlməsi ilə paytaxtda taksilərdə kondisioner problemi yenidən aktuallaşıb. İstiliklərin artması sərnişinlər və sürücülər arasında mübahisələrə səbəb olub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə kondisioner qoşulması ilə bağlı müzakirələr aparılır.

Milli.Az xəbər verir ki, sərnişinlərin taksi xidməti zamanı üzləşdikləri müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə ödəniş tələb edilməsi halları ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Modern.az AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Mətbuat Xidməti ilə əlaqə saxlayıb.

Rəsmi qurumdan verilən məlumata əsasə,  yaşanan  problemlə bağlı sərnişinlər  AYNA-nın "141" Çağrı Mərkəzinə və ya qurumun rəsmi sosial şəbəkə hesablarına müraciət etmələri xahiş olunur. Həmçinin bildirilib ki, müraciət zamanı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının qeyd edilməsi vacibdir.

"AYNA tərəfindən daxil olan şikayətlər araşdırılır və xidmət keyfiyyətini aşağı salan, qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür. "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən, müəyyən olunmuş tələblərə əməl etməyən sürücülərin icazələri isə qanunvericiliyə uyğun şəkildə ləğv olunur, -deyə qurumdan əlavə edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.