Dünya

Ermənistanın keçmiş baş naziri saxlanıldı

13 İyun 2025 14:33
Baxış: 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitənin qeyd etdiyi kimi, Ovik Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

Məlumata görə, hazırda onun evində axtarış aparılır.

Qeyd edək ki, O.Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.