"Trabzonspor"dan transfer "BOMBASI": dünya ulduzunu gətirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni mövsümə iddialı başlamaq istəyən "Trabzonspor" transfer çalışmalarına tam sürətlə davam edir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Fatih Tekkenin xüsusi istəyi ilə gündəmə gələn ulduz futbolçu Timo Vernerlə bağlı danışıqlar sürətlənib.
.jpg)
Almaniyanın "Leipziq" klubunun 29 yaşlı hücumçu üçün 4 milyon avro tələb etdiyi bildirilir. Lakin əsas problem Vernerin yüksək məvacib israrlıdır. Təcrübəli forvardın illik 6 milyon avro maaş istədiyi iddia olunur. "Trabzonspor" rəhbərliyi bu məbləği aşağı salmağa çalışır.
Timo Verner son iki mövsümdə istənilən performansı göstərə bilməsə də, Fatih Tekke onun Trabzonda yenidən parlayacağına inanır. Ulduz futbolçunun komandaya və azarkeşlərə "hava qatacağını" düşünən Tekke, transferin reallaşması üçün rəhbərliyə təzyiqləri artırıb. Sol cinahda əsas mövqeyi olan Verner ötən mövsüm icarə əsasında çıxış etdiyi "Tottenhem"də 27 oyunda cəmi 946 dəqiqə meydanda olub, 1 qol və 3 asistlə yadda qalıb.
.jpg)
Bundan başqa, "Trabzonspor"un heyətində olan və performansıyla ümidlər yaradan Denis Draquş üçün də təkliflər gəlib. "Göztepe" bu oyunçu ilə maraqlansa da, futbolçunun meneceri Florin Manea "Draquş "Trabzon"dan ayrılmaq istəmir, özünü burada yaxşı hiss edir" açıqlamasını verib.
Digər tərəfdən, Danimarkanın "Viborq" klubunun 24 yaşlı cinah oyunçusu Serjinyo da "Trabzonspor"un maraq dairəsindədir. Yaşıl Burun Adaları mənşəli futbolçu ilə "Al Vasl" maraqlansa da, oyunçunun ərəb ölkələrinə getmək istəmədiyi qeyd olunur. "Viborq" bu transfer üçün 4 milyon avro tələb edir. Serjinyo ilə "Hamburg", "Lill"və "Marsel" də maraqlanır. Sağ cinahda əsas mövqeyi olan Serjinyo bu mövsüm 31 matçda 6 qol, 20 asistlə parlaq çıxış edib.
.jpg)
"Trabzonspor" həm təcrübə, həm də gənclik və dinamikanı bir araya gətirmək üçün əhəmiyyətli addımlar atmağa davam edir. Timo Verner transferi reallaşarsa, bu, Türk futbolunda böyük əks-səda doğura bilər.
Tural
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)





