Maraqlı

Giza piramidalarının altında sirli yeraltı şəhər tapıldı

13 İyun 2025 02:02
Baxış: 2 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyalı alimlər Giza piramidalarının altında sirli yeraltı strukturlar aşkar etdiklərini açıqlayıblar. Tomoqrafiya və radar araşdırmaları nəticəsində bu strukturların əvvəlki təsəvvürlərdən daha böyük və mürəkkəb olduğu müəyyən edilib.

Milli.Az xəbər verir ki, tədqiqatçılar Kefren piramidasının altında spiral formalı, səkkiz sütunlu və 600 metrdən uzun yeraltı tunellər aşkar edildiyini bildiriblər. Oxşar, lakin daha kiçik quruluşların Menkaure piramidasının altında da olduğu qeyd olunub.

Alimlər bu tunellərin təbii elementlərlə bağlı ayinlər üçün istifadə oluna biləcəyini düşünürlər. Onlar hətta bu strukturların, 12 min 800 il əvvəl Yerə düşən asteroid nəticəsində məhv olmuş qədim, inkişaf etmiş bir sivilizasiyaya aid ola biləcəyini də ehtimal edirlər.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.