Dünya

İsrailin İrana hava hücumları davam edəcək - Növbəti hədəflər bəlli oldu

13 İyun 2025 12:48
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin İrana hava hücumları davam edəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti müdafiə mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücumların bir neçə gün ərzində davam edəcəyi gözlənilir.

İran mənbələri də İsrailin növbəti hücum ehtimalını istisna etmir. İran hakimiyyətinə yaxın "Telegram" kanallarında yayılan məlumatlara görə, İsrailin hədəfində İsfahan, Buşəhr və digər nüvə obyektlərinin yerləşdiyi şəhərlər ola bilər.

İsrailin Baş naziri Benyamin Netanyahunun da hücumların davam edəcəyini bəyan etdiyi bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin İrana həyata keçirdiyi hava zərbələri nəticəsində SEPAH-ın baş komandanı Hüseyn Səlami və Baş Qərargah rəisi Məhəmməd Baqirinin həlak olduğu bildirilib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.