İtalyan alpinistlərin 54 il əvvəl qoyduğu qeyd tapıldı - Kağızda yazılanlar...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şərqi Qaradəniz sahilləri boyunca uzanan Kaçkar dağlarına dırmaşan türkiyəli alpinistlər 1972-ci ildə bölgəyə gələn italyan alpinistlərin konserv qutusunda qoyub getdikləri tarixi bir qeyd tapıblar.
Milli.Az xəbər verir ki, alpinistlər zirvəyə dırmaşarkən "zirvə babası" (alpinistlərin zirvəyə çatdıqlarını bildirmək üçün daşlardan qurduqları baca şəkilli tikili) adlandırılan hissədə bir konserv qutusu tapıblar. Qutunun içindəki sellofana bükülmüş kağızda bu sözlər yazılmışdı: "20-8-72, Spedizione CAI Pordenone Italy, Quota 3510, Enzo Laconca, Giovanni Martin"
"CAMADAN" Dağçılıq Klubu bu qeyddəki məlumatlar əsasında araşdırma apararaq aşağıdakı faktları üzə çıxarıb:
Qeyd 1972-ci ildə bölgəyə gələn və yaşları o vaxt 23-32 arasında olan Alleris Pizzur, Sisto Degan, Enzo Laconca, Gianni Martin və Ezio Migotto adlı italyan alpinistlərə məxsusdur.
Onlar İtaliyanın məşhur dağçılıq klubu olan "Club Alpino Italiano"nun (CAI) üzvləridir.
Türkiyəli alpinistlər italyan klubuna sosial media vasitəsilə müraciət ediblər. İtalyanlar bu xəbərə çox təəccüblənib və seviniblər. Hətta həmin vaxt zirvəyə çıxan alpinistlərdən biri ilə əlaqə yaradılıb.
Klub rəhbəri Metin Çolak hadisə ilə bağlı hisslərini belə bölüşüb: "3428 metr hündürlükdəki Atalanı zirvəsində bu qutunu tapanda zaman anlayışı sanki yox oldu. O gün zirvədə olan 5 nəfərin heç biri 1972-ci ildə hələ dünyada yox idi. Bizdən 54 il əvvəl oraya başqalarının gəlməsi və bizə bu notu yazması sanki gələcəyə göndərilmiş bir məktubdur."
Tapılan tarixi konserv qutusu və qeyd hazırda alpinistlər tərəfindən qorunur. Klubun əsas məqsədi Şərqi Qaradənizdə bir Dağçılıq Muzeyi yaratmaq və bu eksponatları orada sərgiləməkdir. İtalyan alpinistlər də muzey açılacağı təqdirdə açılış mərasiminə gəlmək istədiklərini bildiriblər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
XƏBƏR LENTİ
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)
-
Zaur Baxşəliyev Zəngilanda ağsaqqalla ayaqyalın rəqs etdi – (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
-
Qəbələdə yeni su anbarı tikilir
-
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşib
-
Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
-
Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
-
Penitensiar xidmətə yeni rəis təyin edildi
-
Bakıda bu binalar sökülür: Kvadratmetrə görə 2 800 manat kompensasiya
-
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürüldü





