Şou-biznes

"Atamı da elə küsdürdülər"

11 İyun 2025 06:06
Baxış: 1 312
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovla bağlı etiraf edib.

Milli.Az xəbər verir ki, "Xəzər axşamı" proqramında qonaq olan ifaçı atasının rolunun əlindən alınmasından söz açıb:

"Bu yaxınlarda Kübra Əliyeva ilə görüşmüşdüm. Atamla bağlı bir məsələni danışdı. Deyir ki, illər əvvəl "Hökmdar qız" tamaşasında Rafael Dadaşovla tərəf müqabili olmalı idik: "Orada onun xanımını oynayacaqdım. 8 ay məşq etdik. Tamaşaya bir ay qalmışdı. Gəldim ki, Həsən Turabov boynubükük oturub. Dedi ki, Rafael oynamayacaq, verdilər başqasına. Dedim ki, 8 ay məşq edirik. Belə olar?".

Kübra Əliyeva da oynamaqdan imtina edib. Görün, sənətkarı necə küsdürürdülər. Atam nə qədər küsürdü. Onun önünü belə kəsirdilər". (Axşam.az)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.