Ölkə

Xankəndidə yollar qardan belə təmizlənir - FOTO

22 Fevral 2025 15:47
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xankəndidə iki gündür yağan qarın və şaxtalı havanın yollarda nəqliyyatın hərəkətini çətinləşdirməməsi üçün lazımi tədbirlər görülür.

Milli.Azxəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturu prosesə cəlb olunub. Yollarda piyadaların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərə başlanıb. Yollara duz və qum səpilir. Şəhərin küçə və prospektlərində, səkilərdə qarın təmizlənməsi işlərinə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib.

Qarlı hava şəraitinin davam edəcəyi günlər boyunca yolların təmizlənməsi işləri həyata keçiriləcək.

Havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq, şəhərin içməli su, işıq və qaz təchizatında heç bir problem yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.