Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mart ayında Misir Hərbi Hava Qüvvələrinə məxsus Antonov An-74t-200A nəqliyyat təyyarəsi Ermənistanın hava məkanından keçərək Azərbaycanda hava limanına enib.
Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə "Sputnik Ermənistan" çıxış edib.
Nəşr yazır ki, adətən Azərbaycana hərbi reyslər Gürcüstan və Türkiyə üzərindən həyata keçirilir. Qeyri-mülkü təyyarələrin Ermənistan üzərindən uçuşu üçün prosedura uyğun olaraq icazə tələb olunur. "Sputnik Ermənistan" məsələyə aydınlıq gətirmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Ermənistan XİN bunun tranzit uçuş olduğunu təsdiqləyib:
"31 yanvar 2025-ci il tarixində rəsmi Qahirə martın 3-dən 6-dək Misir-Qırğızıstan-Misir istiqamətindən uçuş zamanı Ermənistanın hava məkanından tranzit keçid üçün Xarici İşlər Nazirliyinə rəsmi ərizə ilə müraciət edib. Misir tərəfinin məlumatına görə, uçuş Qırğızıstanda hərbi təlimlərdə iştirak etmək üçün həyata keçirilib. Həmin təyyarə Azərbaycana endikdən sonra qeyd edildiyi kimi Qırğızıstan istiqamətində uçuşu davam etdirib. Martın 6-da geri qayıdarkən təkrar uçuş xəttinə uyğun olaraq Qırğızıstandan Azərbaycana gəlib, burada isə Misirə verilən icazə əsasında Ermənistan üzərindən Qahirəyə qayıdıb. Təyyarənin sadəcə yanacaqdoldurma məqsədilə Azərbaycana enə biləcəyi güman olunur. Yəni uçuş sadəcə Misir və Qırğızıstan arasında həyata keçirilib".
Erməni KİV yazır ki, təyyarənin məhz Ermənistan üzərindən keçərək Azərbaycana yönəlməsi ictimaiyyətdə maraq doğurub. Yəni uçuş sadəcə tranzit məqsədi daşıyır, İrəvan və Bakı ilə heç bir əlaqəsi yoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir





