Bu gecə Rusiyanın Bryansk vilayətində magistral yol üzərində yerləşən körpü partladılıb. Hadisə baş verən zaman körpünün altından sərnişin qatarı keçirdi.
Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 7 nəfər həyatını itirib, 66 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar arasında 3 uşaq da var.
Bölgənin qubernatoru Aleksandr Boqomaz bildirib ki, partlayış zamanı 388 sərnişini daşıyan qatar hərəkətdə olub.
Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanları işləyir. Partlayışın səbəbləri və məsuliyyət daşıyan şəxslərlə bağlı araşdırma aparılır.
Kənan
Milli.Az