Ölkə

"Şəfalanma" seansında qadınların şəfa tapması mümkündür? - VİDEO

21 Fevral 2025 14:00
Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün dünyada olduğu kimi Azərbaycanda da "yaşam koçluğu" edənlər var.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu görüntülər sosial şəbəkələrdə yaşam koçu və psixoloq kimi tanınan Əfsanə Qasımlının "Şəfalanma" seansındandır.

Seans zamanı insanlar xəstələr üçün nəzərdə tutulmuş geyimləri geyərək ağlamağa başlayıblar

Onlardan bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıblar. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.

Bəs bu nə qədər doğrudur?

Seansda iştirak edənlərin bəziləri ilə əlaqə yaratdıq, amma onların heç biri danışmaq istəmədi. Seansı təşkil edən yaşam koçu Əfsanə Qasımlı isə suallarımıza yazılı olaraq cavablandıracağını bildirsə də sonradan cavab vermədi.

Psixologioya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyir ki, yaşam koçluğu dünyada qəbul olunmuş sahədir və bununla bağlı Assosioasiya da mövcuddur. Hətta beynəlxalq sertifikasiyadan keçən yaşam koçları da var. Lakin Azərbaycanda bu sahə çox yenidir və bəzi yaşam koçları özlərini psixoloq kimi təqdim edirlər.

Videoda insanların kollktiv halda ağlamasına isə psixoloq belə münasibət verdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.