Ölkə

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

30 Mart 2025 15:14
Baxış: 3 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Hidrometeorologiya Xidməti martın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Laçın, Şuşa, Xankəndi, Ağdərə, Ağdaş, Ağdam, Xocavənd, Göygöl, Neftçala, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Astara, Masallı, Hacıqabul, Füzuli, Gəncə, Samux, Goranboy, Daşkəsən, Naftalan, Zərdab, Beyləqan, Ağcabədi, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şamaxı, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar, Şəki, Qax və Zaqatalada cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Zəngilan, Kəlbəcər, Qubadlı və Cəbrayılda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.