Ölkə

Azərbaycanda seçki başa çatmayıb, ATƏT-in hesabatı isə hazırdır - FOTOFAKT

1 Sentyabr 2024 19:53
Baxış: 1 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki hesabatı artıq hazırdır.

Milli.Az-ın əldə etdiyi məlumata görə, sənədin artıq tam olaraq yayıma hazır və təsdiqlənmiş formada olduğu görünür.

Qeyd edək ki, bir neçə gün öncə mediada ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barədə məlumat yayılmışdı.

Seçki prosesi başa çatmamış KİV-də yayılan hesabatın fotoları da onu göstərir ki, ATƏT-in seçki hesabatı əvvəlcədən hazır olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.