Ölkə

Azərbaycanda narkotacir tutuldu - FOTO

24 Yanvar 2024 08:57
Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıya külli miqdarda narkotik vasitə və həblər gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Azər Hüseynov saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki torbadan 5 kiloqram 330 qram marixuana, 150 qram heroin və 150 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsi həmin narkotik vasitəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və Bakı şəhəri ərazisinə çatdırmaq tapşırığı aldığı müəyyən edilib.

A.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.