Ölkə

Bu gün Azərbaycan Qran Prisində pit yolu gəzintisi keçirilib - FOTO

28 Aprel 2023 11:14
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt Bakının yeddinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində azarkeşlər üçün pit yolu gəzintisi baş tutub.  

Sürət həvəskarlarının səbrsizliklə gözlədiyi pit yolu gəzintisi iki saata yaxın davam edib. Onlar pərəstiş etdikləri komandaların işi ilə yaxından tanış olub və qarajlarda bolidlərin yarışa necə hazırlandığının şahidi olublar.

Qeyd edək ki, bilet sahibləri cümə və şənbə günü keçiriləcək "Fan Forum" zamanı F1 pilotlarını yaxından görə biləcəklər. Bundan başqa, onlar bu gün dünya şöhrətli musiqiçi DJ Don Diablonun, şənbə günü isə DJ Hardwellin Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə baş tutacaq konsertindən zövq alacaqlar.

2023-cü il Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində "Gözlənilməzə hazır ol" şüarı altında keçiriləcək.

Builki mövsümdə ilk dəfə olaraq paytaxtımız şənbə günü, 29 aprel tarixində Sprint yarışlarına da ev sahibliyi edəcək.

Yarış həftəsonunun əsas yarışı - Azərbaycan Qran Prisi isə 30 aprel bazar günü saat 15:00-da keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.