Ölkə

TƏBİB-dən Fazil Mustafanın son vəziyyəti barədə açıqlama

29 Mart 2023 14:07
Baxış: 2 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib, hazırda müalicəsi davam edir".

Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, o, hazırda həkim müşahidəsi altındadır.

Xatırladaq ki, ötən gün Sabunçu rayon Zabrat qəsəbəsində millət vəkili Fazil Mustada evinin qarşısında silahlı hücuma məruz qalıb."Kalaşnikov" avtomatından çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.