Ölkə

Pensiya və müavinətlərlə bağlı əhaliyə ŞAD XƏBƏR - Bu ildən artdı

1 Yanvar 2023 09:51
Baxış: 44 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.

Milli.Az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfrasında bildirib.

O əlavə edib ki, cari ildə əmək pensiyalarının orta aylıq məbləği 372 manat təşkil edib. 2023-cü il üzrə bu məbləğ 423 manat proqnozlaşdırılıb.

"Əgər biz bu göstəricini ötən ilin rəqəmləri ilə müqayisə etsək, bu zaman 12 faizlik artımı görə bilərik. Həmin rəqəmi 2018-ci illə müqayisə etsək isə 68 faizdən artıq artımın olduğunu müşahidə edərik.

Həm müavinətlər və təqaüdlərin, həm də əmək pensiyalarının artırılması istiqamətində də müvafiq tədbirlər görüləcək", - deyə Himalay Məmişov vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.