Ölkə

Bakıda bu küçənin təmiri yarımçıq qalıb - VİDEO

5 Noyabr 2022 17:56
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xətai rayon sakinləri yaşadıqları küçənin asfaltlanmamasından şikayətçidir. Onlar iddia edirlər ki, küçənin bir hissəsinə yol çəkilsə də, digər hissəsinə çəkilmir.

Ərazidə təmir- tikinti işləri aparan iş içraçısı isə sakinlərin haqlı olmadığını və işlərin dayandırılmasından məlumatsız olduğunu bildirib. Küçənin yaxın günlərdə tam asfaltlanacağı bildirilib.

Xezerxeber.az-ın məlumatına görə, şəhid Elvin Şükürlü küçəsinin sakinləri illərdir ki, yol sarıdan əziyyət çəkdiklərini bildirirlər.

Onlar iddia edir ki, küçəyə afvalt çəkildiyini görüb sevinsələr də, iş yarımçıq qalıb.

Yayda küçənin tozundan, qışda isə palçığından əziyyət çəkən sakinlər məsələni aralarında həll etməyə çalışsalar da baha başa gəlir.

Ərazidə sakinlərin iddialarını təkzib edən iş icraçısı isə deyilənlərin yalan olduğunu bildirib. Qeyd edib ki, işin yarımçıq qalması yalandır.

Məsələ ilə əlaqədar 17 saylı Yol istismar MMC-nin baş mühəndisi İqbal Həmidov bildirib ki, sakinlərin problemi 15 gün ərzində öz həllini tapacaq. Yəni küçənin yarımçıq qalan hissəsinə də asfalt örtüyü çəkiləcək.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.