Ölkə

Xaçmazda yataqxanada yanğın: 15 nəfər təxliyə edilib - FOTO

26 Oktyabr 2022 12:58
Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub.

FHN-in qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən bina sakinlərinin çevik təxliyəsi həyata keçirilib.

Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.