Ölkə

TƏBİB Lerikdəki ağır qəza ilə bağlı məlumat yaydı: 8 ölü, 8 yaralı - FOTO - ADLAR - YENİLƏNİB

4 Sentyabr 2022 20:30
Baxış: 8 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:30

Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.

Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:

Həşimova Sərvər Əhməd qızı;

Axundova Saray İslam qızı;

Ağayeva Təcrübə Ağababa qızı;

Cəfərova Güldəstə Məmmədağa qızı;

Rzayeva Səmayə Ağababa qızı;

Rəhimova Nazxanım İsabala qızı;

Tahirova Zərnitac İslam qızı.

Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürcü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.

Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da stabilləşməyə doğru gedir.

---------

20:07

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən Milli.Az-a bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.

Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.

---------

17:33

Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzası ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.

Qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

--------
17:23

Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.

Ölənlərin bəzilərinin adı açıqlanıb:

Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: - Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959).

--------
16:59

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər, qayıdarkən Lerik rayonunun Günəşli kəndində qəzaya düşüblər.

Milli.Az APA-ya istinadən bildirir ki, təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.

Lerik rayon icra hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

---------
16:35

Lənkəran-Lerik yolunda Günəşli kəndi ərazisində ağır qəza olub.

İlkin məlumata görə, qəzaya uğrayan 50 nəfərlik turist avtobusudur. 5 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.

Hazırda bütün yaralı və ölənlər Lənkəran rayon mərkəzi xəstəxanasına aparılır.

Əlavə məlumat veriləcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.