Ölkə

Sumqayıtda avtobus qıtlığı - sərnişinlər çətinə düşdü - VİDEO

4 Sentyabr 2022 18:30
Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda yeni yaşayış kompleksinin sakinləri şəhərin mərkəzinə getmək üçün hər gün bir xeyli əsəb keçirməli olurlar. İstifadədə olan marşrut xəttində avtobusların sayı o qədər azdır ki, vətəndaşlar 40 dəqiqə, 1 saat dayanacaqda gözləməli olur. Avtobusu tapanda isə, minmək müşkülə çevrilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu problemin yaranmasına səbəb avtobuslar arasında intervalın böyük olmasıdır.

''Stansiya Sumqayıt'' ərazisində yerləşən şəhərciyin sakinlərinin sözlərinə görə, hər dəfə şəhərin mərkəzinə getmək istətyəndə uzun müddət yollarda gözləməli olurlar. Bəzən məcburiyyətdən taksidən istifadə edirlər.

Sözügedən marşrut xətti Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır.

Nəqliyyat 1 MMC-nin qaraj rəisi Sirac Səfərov bildirib ki, problemin səbəbi sürücü çatışmazlığıdır. Nəticədə bəzi avtobuslar qarajda qalıb və xəttə buraxılmır.

Sirac Səfərov əlavə edib ki, problem aradan qaldırıldıqdan sonra avtobusların sayı artırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.