Ölkə

Məşhur klinika cəzalandırıldı - SƏBƏB

8 İyul 2022 11:00
0 Şərh     Baxış: 2 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nərimanov, eləcə də Bərdə, Ağdam və Balakən rayonlarında ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 34330 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo"ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Faktlarla bağlı "Leyla Medical Center" Klinikası, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi, həmçinin fiziki şəxslər Bərdə rayon sakini Yaqub Nəbiyev, Ağdam şəhər sakini Vəli Əfəndiyev və Balakən rayon sakini Məhərrəm Cəlilov barəsində akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.