Ölkə

Qara Qarayev prospektində ağır avtobus qəzası: 5 nəfər yaralanıb - FOTOlar

6 İyul 2022 10:15
1 Şərh     Baxış: 1 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qara Qarayev prospektində metronun "Xalqlar dostluğu" stansiyasının qarşısında "Çinar Trans" MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, 99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib. Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.