Ölkə

Bakıda əyləci işləməyən avtobus səkiyə çırpıldı - FOTO

5 İyul 2022 14:22
0 Şərh     Baxış: 2 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cavadxan və Svetlana Məmmədova küçəsinin kəsişməsində baş verib. "Vətən" MMC-yə məxsus 26 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sürücünün idarəetməsindən çıxıb və yolun kənarındakı parkın yaşıllıq zonasının divarına çırpılıb. Hadisə nəticəsində kəsişmədəki svetafora da ziyan dəyib.

Xoşbəxtlikdən səkidəki piyadalar və avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

İlkin məlumata görə, qəzaya avtobusun əyləc sisteminin sıradan çıxması səbəb olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.