Ölkə

Sürücülərin DİQQƏTİNƏ: Avtomobilin kondisionerinə qulluq neçəyə başa gəlir? - VİDEO

8 May 2022 15:07
0 Şərh     Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsti günlər başladıqca sürücülərin də kondisionerlərə tələbatları artır. Mütəxəssislər bildirir ki, hələlik qızmar yay günləri başlamasa da , qışdan çıxan kondisionerlərə texniki qulluq göstərməyin vaxtıdır. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, havaların getdikcə isinməyə başlaması kondisioner ustalarına üz tutan sürücülərin sayını artırıb. Bir çox sürücü indidən kondisionerə dövrü qulluq etdirib yaya hazırlıq görür.

Uzun illər kondisioner ustası kimi fəaliyyət göstərən Cavidan Muradxanlı deyir ki, avtomobilin salonunun soyutma sisteminə hər il qulluq göstərilməlidir. İlk növbədə kondisionerin qazını və kompressorunun yağını yoxlatmaq lazımdır. 

Əks halda sürücülər daha böyük maddi ziyana düşə bilərlər. 

Bundan başqa, sistemə mütləq təmiz və keyfiyyətli qaz vurulmalıdır. Əks halda sistemdə hava olur və kondisioner normal soyutmur. Həmçinin salon filterlərinin də ildə iki dəfə dəyişdirilməsi məsləhətdir

Qeyd edək ki, kondisionerə vurulan frion qazının 1 qramının qiyməti 6-8 manat arasında dəyişir. Ümumilikdə həcmindən asılı olaraq 1 avtomobilə frion qazının və kompressor yağının vurulması birlikdə 50-60 manata başa gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.