Ölkə

“Location” gecə klubunun kimə məxsus olması məlum oldu

3 Aprel 2022 15:19
0 Şərh     Baxış: 8 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən "Location" gecə klubunun kimə məxsus olması məlum olub.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur.

Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib.

Qeyd edək ki, hadisə ilkin ehtimala görə qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 30-dan çox şəxs isə xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.