Ölkə

Son sutkada koronavirus əleyhinə 15 minə yaxın vaksin vurulub

31 Mart 2022 16:37
0 Şərh     Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus əleyhinə 14 612 vaksin vurulub.

Bu barədə Milli.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 483, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 11 415, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 720 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 456 322, birinci doza peyvəndlərin ümumi sayı 5 324 386, ikinci doza vaksinlərin sayı 4 824 633 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 078 608, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı isə 228 695 olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.