Ölkə

Bayram günləri 224 nəfər zəhərlənib

28 Mart 2022 11:48
0 Şərh     Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə 224 nəfər müraciət edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, müraciət edən 28 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

"Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi, 3-ü isə uşaq olub. Onlardan 9-u dəm qazından, 10-u dərmandan, 4-ü sirkə turşusundan, 1-i allergiya səbəbindən və 4-ü qidadan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb",-məlumatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.