Ölkə

Azad olunan ərazilərə qanunsuz səfər edən 175 nəfər həbs olunub

23 Fevral 2022 12:18
0 Şərh     Baxış: 1 080
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi başa çatandan sonra işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən 602 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Milli.Az-a bildirib ki, onlardan 175 nəfər barəsində inzibati həbs, 345 nəfər barəsində cərimə tətbiq edilib, digərlərinə isə məhkəmələr tərəfindən xəbərdarlıq olunub.

"Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır.

Təmizlənən ərazilərə vətəndaşların rahat qayıdışı üçün bərpa və quruculuq işləri davam etdirilir", - deyə E.Hacıyev bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.