Ölkə

Nazir müavini vitse-prezident oldu, icra başçısı vəzifəsini itirdi

9 Fevral 2022 13:36
0 Şərh     Baxış: 10 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Boks Federasiyasına yeni vitse-prezident seçilib.

Milli.Az bildirir ki, bu, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlidir. Həmçinin əvvəlki rəhbərliyin dövründə vitse-prezident kimi fəaliyyət göstərmiş Məhərrəm Talıbov işinə davam edəcək.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və əvvəl federasiyanın vitse-prezidenti olmuş Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.

Xatırladaq ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu dəfə vitse-prezident seçilməyib.

İdarə Heyətinə üzv seçilən Fuad Hacıyev isə həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidentlərindən biridir.

Qeyd edək ki, bu gün əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Boks Federasiyasına prezident seçilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.