Ölkə

Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

1 Fevral 2022 10:42
0 Şərh     Baxış: 5 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ən iri bazarlardan biri olan Lənkəran bazarı fəaliyyətini dayandıra bilər.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, "Lənkəran-Bazar" ASC-nin hazırda maliyyə problemlərinin olduğu bildirilir. Hətta vəziyyət o həddədir ki, bazarın bağlana biləcəyi iddia olunur.

Araşdırmalar zamanı bəlli olub ki, bazarın vergi borcu da var. Belə ki, ASC-nin bu günə olan vergi borcu 21 328.79 AZN təşkil edir.

Qeyd edək ki, "Lənkəran-Bazar" ASC 9 noyabr 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2005 978 AZN-dir. ASC-nin qanuni təmsilçisi Axundov Kənan Namiq oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.