Ölkə

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olundu

24 Yanvar 2022 12:36
0 Şərh     Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) yeni mətbuat katibi təyin olunub.

Milli.Az bildirir ki, bu vəzifə Samir Səfərova həvalə edilib.

O, indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də çalışıb.

Xatırladaq ki, BBAK 2009-cu ildə istifadəyə verilib. Kompleks 232,5 min m2 ərazini əhatə edir və burada müasir standartlara cavab verən bilet satışı məntəqəsi, gözləmə zalları, açıq və qapalı parkinq, "Avtovağzal" metro stansiyası, Ticarət Mərkəzi (Outlet), Otel, Yanacaqdoldurma məntəqəsi, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.