Ölkə

“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

19 Yanvar 2022 09:53
Baxış: 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.

İclasda "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müzakirə olunub və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikirlər səsləndirilib. Müşahidə Şurasının üzvləri tərəfindən eyni zamanda "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı digər məsələlər də nəzərdən keçirilərək müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.