Ölkə

18 yaşlı şəhid - Tamerlan Əliyev - VİDEO

4 Yanvar 2022 12:22
0 Şərh     Baxış: 1 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində böyük şücaət göstərən igid hərbçilərimizdən biri də Tamerlan Əliyev olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Vətən müharibəsində 18 yaşlı Tamerlan Əliyev igidcəsinə döyüşüb və şəhadətə yüksəlib.

Tamerlan axırıncı dəfə anası ilə 2020-ci ilin avqust ayının 25-i danışıb. Sağollaşmağa tələsməyib, sanki şəhid olacağını bilirmiş kimi bütün arzu və istəklərini dilə gətirib. Hətta sevdiyi xanımdan da söhbət açıb.

İndi Tamerlan haqqında təkcə ailəsi yox, təhsil aldığı məktəbin bütün kollektivi qürur, fəxr və inamla danışır.

Tamerlan Əliyev şəhadətindən sonra "İgidliyə görə", "Füzülinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.