Ölkə

28 il sonra Cəbrayıla gedən qatarın VİDEOsu

19 Dekabr 2021 09:54
2 Şərh     Baxış: 1 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkədə Cəbrayıl rayonuna 28 ildən sonra ilk dəfə qatarın getməsi ilə bağlı görüntülər yayılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, görüntülərin rayonun Mehdili ərazisində çəkildiyi, bu istiqamətdə yük qatarlarının fəaliyyətə başladığı iddia olunur.

Yayılmış görüntülərlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, bu istiqamətdə qatarlar hazırda Horadiz stansiyasına qədər hərəkət edirlər. Belə ki, görüntülər Horadiz-Ağbənd dəmir yolunun tikintisi və layihələndirilməsi işləri ilə əlaqədar iş prosesi zamanı qeydə alınıb:

"Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən dəmiryol xəttinin çəkilməsi istiqamətində işlər həyata keçirilir. Yayılan görüntü həmin işlərin gedişatı zamanı qeydə alınıb. Görüntüdəki qatar dəmir yollarının təmiri və istismarı işlərini həyata keçirən təsərrüfat (işçi) qatarıdır".

Xatırladaq ki, bu ilin fevralın 14-də Prezident İlham Əliyev Horadizdə olarkən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlini qoyub. Bu dəmir yolunun işə düşməsindən sonra Naxçıvan Muxtar Respublikası dəmir yolu xətti ilə birləşəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.