Ölkə

DİN Bakıda razılaşdırılmamış aksiyaya cəhdlə bağlı məlumat yayıb

15 Dekabr 2021 14:55
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) Bakıda razılaşdırılmamış aksiyaya cəhdlə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

"Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar", - məlumatda qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.