Ölkə

Zəhərlənmə olan dönərxananın administratoru: “İstəyirsinizsə, özüm də bu ətlərdən yeyim” - FOTO

13 Dekabr 2021 11:54
0 Şərh     Baxış: 2 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu günə qədər belə hadisə baş verməyib, heç vaxt şikayət olmayıb".

Milli.Az bildirir ki, bu barədə Oxu.Az-a Bakıda kütləvi zəhərlənmə qeydə alınan "Dönər Market"in administratoru Orxan Ağayev deyib.

O bildirib ki, ətin sertifikatı var:

"Əti gətirən şirkət də, biz də məhsula cavabdehik. Bütün sertifikatlar var. Birinci belə haldır baş verir. Həmin səkkiz nəfərin dönərdən zəhərlənməsinin sübut olunmasını gözləyirik. Ekspertizanın cavabını gözləyirik. AQTA tərəfindən sertifikatımız var. İki ildən çoxdur fəaliyyət göstəririk, belə hadisə baş verməyib. Əti bizə gətirən şirkət var, biz də onlardan tələb edəcəyik ki, vəziyyəti izah etsinlər. 

Koronavirusla bağlı hər həftə müəssisədə dezinfeksiya işləri də aparılır. Ətlərə gəldikdə isə, istəyirsinizsə, özüm də bu ətlərdən yeyim. Mən ölməsəm, deməli, məhsulda problem yoxdur. Bu birinci haldır baş verib. Ola bilər həmin vətəndaşlar dönərdən sonra başqa qida qəbul ediblər, bəlkə də ondan zəhərlənmə olub".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.