Ölkə

Bakıda dilənçilər özlərini avtomobilin altına atırlar - Polis işə qarışdı - VİDEO

10 Dekabr 2021 10:00
1 Şərh     Baxış: 1 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özlərini avtomobilin altına atan şəxslərlə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Milli.Az-a bildirib ki, yayılan videogörüntülər araşdırılır.

"Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb", - şöbə rəisi qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslərin özlərini avtomobilin altına atması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə həmin şəxslərin vətəndaşlar tərəfindən saxlanıldığı qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.