Ermənistan

Nikol müraciət etdi, ancaq Qarabağın adını çəkmədi...

2 Sentyabr 2021 17:12
0 Şərh     Baxış: 2 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan "Bilik günü" münasibətilə Ermənistan ictimaiyyətinə müraciət edib. O, müraciətində nə "arsax", nə də orada yaşayanlar haqqında bir söz deyib. Bu, hazırda Xankəndidə yaşayanların İrəvana heç bir aidiyyətinin olmadığının göstəricisidir. Artıq Ermənistan üçün Dağlıq Qarabağ yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İcmal" verilişinin efirində Ermənistan parlamentinin Elm, təhsil, mədəniyyət işləri üzrə daimi komissiyasının üzvü Lilit Qalstyan bildirib.

"Nikol Paşinyan və parlamentin sədri belə bir mühüm gündə Qarabağa gedə bilməsələr də, Qarabağda yaşayan ermənilərə heç olmasa, nəsə deyə bilərdilər. Lakin İrəvanın heç bir səlahiyyəti olmadığına görə onlar bu barədə heç danışa bilmirlər", - deyə erməni deputatı qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.