Ermənistan

Paşinyanı alçaltdılar - VİDEO

20 Dekabr 2020 11:14
Baxış: 3 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən "Yerablur" hərbi panteonuna toplanan minlərlə vətəndaş Baş nazir Nikol Paşinyanı "Nikol get!", "Nikol vətən xainidir!" şüarları ilə qarşılayıblar.

Milli.Az bildirir ki, baş naziri müşayiət edən çox sayda mühafizəçiyə baxmayaraq, vətəndaşlar Nikol Paşinyana müxtəlif əşyalar atıblar. Mühafizəçilər çətirlərin və diplomatın arxasında gizlənməyə məcbur olublar.

Xatırladaq ki, dünən müharibədə iştirak edənlər, ölən hərbçilərin yaxınları, Nikol Paşinyanın rəhbərlik etdiyi kortejin panteonun ərazisinə girməsinin qarşısını almaq üçün "Yerablur" hərbi panteonuna toplaşdılar.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.