Ermənistan

"Bunun üçün bir qazan, 15 ədəd qarğıdalı və odun lazımdır" - Paşinyan

18 Oktyabr 2024 22:43
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Armavir-Gümrü yolu tikilib, gəlib-gedən insanların sayı artıb və siz onlara nə lazım olduğunu düşünməlisiniz ki, bunu təklif edərək özünüz də gəlir əldə edə biləsiniz".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 18-də Şirak vilayətində kəndlilərlə söhbət zamanı bildirib.

"Kiçik işlərdən başlayın. Pul tələb etməyən şeylər var. Məsələn, Dilican yollarında onillərdir insanlar bişmiş qarğıdalı satırlar. Bunun üçün böyük maliyyə qoyuluşu lazım deyil, bir qazan, 15 ədəd qarğıdalı və odun lazımdır", - deyə Paşinyan bildirib.

Kəndlilərdən biri qeyd edib ki, onlarda suvarma suyu olmadığı üçün qarğıdalı yetişdirə bilmirlər. "Siz düşünürsünüz ki, Dilicanda qarğıdalı yetişdirirlər? Biz suvarma suyu məsələsini həll edəcəyik, amma bu bir-iki il çəkə bilər. Nə edək? İki il oturub gözləyək?", - deyə Paşinyan cavab verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.