Ermənistan

Paşinyan 2027-də referenduma gedir

29 Avqust 2024 14:11
Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə jurnalistlərə ədliyyə naziri Qriqor Minasyan bildirib.

Bildirilib ki, müddət ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib.

Nazirin qeyd etdiyi kimi, kompleks sənəd üzərində ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq.

Onun sözlərinə görə, əvvəlcə mövcud Konstitusiyaya dəyişikliklərin edilməsi, yoxsa yeni əsas qanunun qəbul edilməsi ilə bağlı mübahisələr olub və sonda ikinci varianta gəliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.