Ermənistan

Ermənistan yay çağırışını uzatdı - Nə baş verir?

25 İyul 2024 14:32
Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ordusuna 2024-cü ilin yay çağırışı daha 15 gün uzadılacaq və avqustun 15-dək davam edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edilib ki, çağırış 24 iyunda başlayıb və 31 iyulda bitməliydi, ancaq daha 15 gün artırılıb. Səbəb kimi bəzi çağırışçıların hələ də tibbi müayinədən keçməməsi göstərilir.

Çağırışçıların indiyə qədər tibbi müayinədən niyə tam keçmədikləri məsələsinə isə aydınlıq gətirilməyib. Ehtimal olunur ki, bu, çağırışçıların hərbidən yayınması və ölkədən müxtəlif yollarla qaçması ilə bağlıdır. Yəni nəzərdə tutulan kvotanı doldurmaq mümkün olmayıb.

Xatırladaq ki. ötən gün hərbidən qaçıb Qazaxıstana sığınan Ermənistan vətəndaşı İrəvana təhvil verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.