Ermənistan

Baqrat külli miqdarda yeyintidə ittiham olundu

19 İyun 2024 15:51
Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşgəncədən, həbsdən, hətta ölümdən də qorxmuram.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu fikirləri arxiyepiskop Qalstanyan iyunun 19-da keçirdiyi mətbuat konfransında bildirib.

"Mənə məlumat gəldi ki, onlar nəsə öyrənirlər. Getahovitdə 2020-ci ildə böyük, tamamilə dağıdılmış ərazi var idi, biz xərçəngli uşaqlar üçün mənəvi reabilitasiya mərkəzinin tikintisinə başladıq. Vəsait ayrıldı, mərkəz tikildi, açılışı oldu. 660 min avro transfer edilib. Orada iki bina var, artıq üçüncü binanı da əlavə etmişik.

Biz pulu israf etmədik, hətta bütün tikintini başa çatdırmaq üçün bu məbləğə bir neçə yüz min əlavə etdik. Həmin vaxt məzənnədə kəskin dəyişiklik olduğundan çox böyük itkilər verdik. Mərkəzin özü pulsuzdur. Qoy hər şeyi öyrənsinlər və utansınlar", - deyə Qalstanyan əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.