Ermənistan

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

28 May 2024 16:32
Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan polisi katolikos II Qaregini Ermənistanın Armavir vilayəti yaxınlığındakı "Sadrarapat" memorial kompleksinə buraxmayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, onu müşayiət edən şəxslərlə birlikdə kompleksə gələn katolikosa giriş icazəsinin olmadığı bildirilib.

Buna səbəb kimi onunla eyni vaxtda Baş nazir Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlament sədri Alen Simonyanın da bu məkanı ziyarət etməsi göstərilib.

Yerli mediada dərc olunan yazılarda isə bu məsələdə başqa səbəblərin olduğu, həmin olayın II Qareginin əsl peşəsi keşiş olan Baqrat Qalstanyanın siyasi proseslərə qoşulmasında rol oynadığına görə atıldığı bildirilib.

Məqalələrdə II Qaregin ölkənin ruhani ideologiyası və kilsə ənənələrini dağıtmaqda, habelə cəmiyyət arasında düşmənçilik və nifrət toxumları səpməkdə günahlandırılır:

"Qaregin məhz bu cür münasibətə layiqdir. Çünki kilsəni uçuruma məhz onun özü sürükləyib. İndi isə qoy özünün dondurulmuş statusu ilə fəxr etsin", bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.