Ermənistan

Ermənistan XİN-dən Qazaxıstan görüşü barədə açıqlama

29 Aprel 2024 13:35
Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib. 

"Bildiyimiz kimi, Qazaxıstan tərəfinin təklifi əsasında Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü barədə razılıq var. Görüşün Almatıda baş tutacağı dəqiqləşib", - deyə Badalyan qeyd edib. 

Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəyini deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.