Ermənistan

Erməni deputat Rusiyanı ittiham etdi

17 Aprel 2024 15:25
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Rusiya üçün yaxşı müttəfiq idi.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan "Freenews.am"a açıqlamasında deyib.

"Məsələn, biz onlara 98 milyon dollar borclu idik, lakin onlara borca görə 2 milyard dollar dəyərində əmlak verdik. Sonra biz onlara bütün qaz infrastrukturunu verdik, sonra görünür, bu kifayət etmədi və İrandan qaz kəməri verdik. Biz Ermənistanın bütün iqtisadiyyatını onlara verdik", - erməni deputat bildirib.

O, Kremli qane etmək üçün Ermənistanın daha nə etməli olduğunu sual edib

"Biz hər şeyə göz yumduq, dedik ki, bizim təhlükəsizliyimizi təmin edirlər", - Qaqik Melkonyan vurğulayıb.

O qeyd edib ki, Ermənistan Rusiya ilə normal münasibətlər qurmaq istəyən müstəqil ölkədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.