Ermənistan

Vardanyanın bankı satıldı

9 Aprel 2024 16:05
Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bank of Georgia"nın Ermənistanın "Ameriabank"ının səhmlərinin 90%-ni alması üzrə sövdələşmə rəsmən bağlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bundan sonra bankın səhmlərin 60 %-i "Bank of Georgia"nın sahibinə - "Bank of Georgia Croup PLC" korporasiyasına, 30%-i isə "Bank of Georgia"nın özünə məxsus olacaq.

Qalan 10% pay isə əvvəlki qaydada Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq.

Ermənistan bankı 303,6 milyon ABŞ dollarına alınıb. Şərtlərə görə, bank brendini və menecmentini dəyişməyəcək.

Xatırladaq ki, indiyə qədər "Ameriabank"ın əsas sahiblərindən biri hazırda Bakıda həbsdə olan Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyandır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.