Ermənistan

Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan

27 Mart 2024 10:15
Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan hakimiyyəti Rusiyanı buradan çıxarıb, ölkəni türk vilayətinə çevirməyə çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın ədliyyə general-mayoru Tatul Petrosyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərbin marionetkasına çevrilmək üçün hər şeyi edir və burada Türkiyə regionda həlledici rol oynayır:

"Rus sərhədçilər Ermənistanı tərk edən kimi türklər deyəcəklər ki, yeni sərhəd çəkmək lazımdır, çünki Sovet İttifaqı yoxdur, ona görə də Ermənistanın əvvəlki sərhədləri də yoxdur. Paşinyan deyir ki, hələ də delimitasiya üçün xəritələr mövcud deyil. Onlar hər bir halda azərbaycanlılara uyğun olan xəritəni əsas götürəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.